İsrail Qəzzada keçirdiyi hərbi əməliyyatda mülki əhaliyə qarşı fərq qoymur.

Leqal.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.

"Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin də qeyd etdiyi kimi, Qəzzada həddən artıq çox sayda dinc sakin öldürülüb. Köçkünlər üçün sığınacaq olan Müqəddəs Ailə kilsəsi və Xeyriyyə monastırı hücuma məruz qalıb. Ən son hərbi əməliyyatlar zamanı dindarlar, üç israilli girov və yüzlərlə digər mülki şəxs həlak olub. Bu dayandırılmalıdır - təcili olaraq humanitar fasilə elan olunmalıdır", - Borrell vurğulayıb.

Leqal.info