Qəzzada humanitar böhran yaşanır.

Leqal.info xəbər verir ki, bunu Misirdə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron misirli həmkarı Sameh Şükri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz Qəzzada humanitar böhranın şahidi oluruq. Onlar müxtəlif təhlükələrlə üzləşməkdədir.

Böyük Britaniya indiyə kimi Qəzzaya 75 milyon funt-sterlinq yardım edib və biz daha çox yardım edəcəyik, onların ehtiyaclarını qiymətləndirəcəyik.

Böyük Britaniya regionda sabitlik üçün uzun müddətli perspektivdə iki dövlətli həll yolunu dəstəkləyir. İndiki qısa müddət çərçivəsində isə Qəzzaya daha çox yardımın çatdırılması vacibdir", - Kemeron vurğulayıb.

O qeyd edib ki, Böyük Britaniya bu məsələdə konstruktiv rol oynayır: “Biz Qəzzaya İordaniyadan, Rəfah keçid məntəqəsindən və dəniz vasitəsilə daha çox yardımın daxil olmasını istəyirik".

Leyla Kamil
Leqal.info