Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan 25-26 dekabr tarixlərində Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl noyabrda Bişkekdə MDB sammitində və Minskdə KTMT liderlərinin sammitində iştirak etməyib. O, bundan başqa, Moskvada MDB Hökumət Başçıları Şurasının iclasına da qatılmayıb.

Leqal.info