Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Prezident Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.

O, dinc əhalini hədəf alan terror aktını pisləyib, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, İran xalqına səbr diləyib. Türkiyə lidero danışıq əsnasında İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

Həmçinin İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınmasına qərar verilib.

Leyla Kamil
Leqal.info