İsrail Qəzzada şiddətə son qoymalıdır. İsrail-Fələstin münaqişəsinin regiona yayılmasının qarşısını almaq lazımdır.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, Türkiyə atəşkəsin təmin edilməsi, beynəlxalq sülh konfransının təşkil edilməsinə dair səylər göstərir və qarant ölkələrdən biri olmağa hazırdır.

Leyla Kamil
Leqal.info