Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında fələstinliləri yardımla təmin etmək üçün yeni humanitar atəşkəs çağırışı edib.

Leqal.info xəbər verir ki, bu barədə Annalena Berbok Mİsir xarici işlər naziri Sameh Şukri ilə Qahirədə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İsrail ordusu daha az intensiv, daha məqsədyönlü antiterror əməliyyatı aparmalıdır.

"Və daha çox humanitar fasilələrə ehtiyacımız var ki, insanlara əhəmiyyətli dərəcədə daha çox yardım paylana bilsin", Almaniya XİN rəhbəri bildirib.

"İsrail ordusu Qəzzadakı mülki insanları qorumaq üçün daha çox işlər görməlidir", deyən Berbok bir daha İsrail və Fələstin arasında iki dövlətli həllin tərəfdarı olduğunu vurğulayıb.

"Bu qədər günahsız fələstinlinin iztirabları belə davam edə bilməz", - Annalena Berbok qeyd edib.

Leyla Kamil
Leqal.info