İsrail Braziliya Prezidenti Lula da Silvanı “persona non-qrata” elan edib.

Leqal.info “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri bildirib.

Nazir bunun Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını deyib.

Braziliya lideri bu yaxınlarda Qəzza zolağında baş verənlərin soyqırımı olduğunu bildirib və bunu Hitlerin yəhudilərə qarşı vəhşiliyi ilə müqayisə edib.

Leqal.info