Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Aİ lideri “X” platformasında bildirib.

Tərəflər Ermənistan-Aİ münasibətlərini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib.

Şarl Mişel qeyd edib ki, Cənubi Qafqazda sülh gündəliyi Aİ-nin gündəliyində mühüm yer tutur.

Leqal.info