“Ötən il baş verən antiterror əməliyyatı ilə Azərbaycanda separatizmin kökü kəsilib. Keçmiş məcburi köçkünlər artıq öz yurdlarına qayıdır”.

Leqal.info xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib.

Spiker regionda uzunmüddətli sülhün təmin edilməsi üçün Azərbaycanın böyük təşəbbüslərin göstərdiyini deyib:

"Ümid edirik ki, Ermənistan Azərbaycan ərazilərinə olan iddiasından əl çəkəcək, bütün bunları konstitusiya üzərində də təmin edəcək".

Leqal.info