NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planı yoxdur.

Leqal.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Associated Press"ə açıqlamasında deyib.

"NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra gücləndirmişik. Ancaq Ukraynada NATO-nun döyüş qoşunlarının yerləşdirilməsi planı yoxdur", - Stoltenberq bildirib.

Qeyd edək ki, fevralın 26-da Parisdə Ukraynanın müttəfiqləri olan 20 ölkənin dövlət və hökumət rəhbərlərinin toplantısına ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusun olmadığını deməsinə baxmayaraq bunu istisna etməyib.

Leyla Kamil
Leqal.info