Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışına dəvətdən imtina edib.

Leqal.info xəbər verir ki, bu barədə “The Washington Post“ nəşri mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, o, Rusiya həbsxanasında fevralın 16-da vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə ehtimal olunan görüşə görə dəvətdən imtina edib.

Nəşrin sözlərinə görə, tədbir zamanı onların yanaşı yerlərdə əyləşdiriləcəyi güman edilirdi.

Qeyd edək ki, ABŞ lideri Co Bayden keçən ay Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklifini qəbul edib və 7 mart tarixində ölkənin vəziyyəti ilə bağlı müraciətini qanunverici orqanın üzvlərinə çatdırmağa razılaşıb.

Leyla Kamil
Leqal.info