Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin "Dörd yol" deyilən ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakini, 2001-ci təvəllüdlü Əliyev Əjdər İsmayıl oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info