Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Danimarkanın baş naziri Mette Frederiksenlə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Paşinyan “X” hesabında yazıb.

O bildirib ki, görüşdə tərəflər çoxtərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.

Danimarkanın Baş naziri ölkəsinin Ermənistanla əməkdaşlığın inkişafı və daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info