Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

O, günahsız insanları alçaqcasına hədəf alan mənfur terror aktını qınadığını da vurğulayıb. Danışıq zamanı Türkiyə Prezidenti “Crocus City Hall”da baş verən hücumun bölgədəki böhranlara ən qısa zamanda sülh yolu ilə son qoyulması zərurətini ortaya qoyduğunu, Türkiyənin hər cür terrora qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, Ərdoğan Moskvada baş verən terror aktına görə başsağlığı verib.

Leqal.info