Rusiya üçün qeyri-dost ölkələr yoxdur, ancaq bu ölkələrin dost olmayan elitaları var.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinin mədəniyyət işçiləri ilə görüşündə deyib.

“Bizim qeyri-dost adlandırdığımız ölkələrin belə bu gün çoxsaylı nailiyyətləri var. Bizim qeyri-dost ölkələrimiz olmasa da, bu ölkələrdə bizə dost olmayan elitalar var”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, Avropa mədəniyyətində yaxşı cəhətlər çoxdur, ancaq hazırda bu ölkələrin həyatında çoxsaylı problemlər də var.

Leqal.info