Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq əsnasında regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Həmçinin Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyinə də toxunulub.

Leyla Kamil
Leqal.info