ABŞ və Çin müdafiə nazirləri arasında telefon danışığı olub.

Leqal.info "Washington Post"a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon söhbəti bir saatdan çox davam edib.

"DefenseNews" isə Pentaqonun yaydığı məlumata əsasən tərəflərin Ukraynadakı müharibəni, Şimali Koreya, Cənubi Çin dənizində vəziyyəti və ABŞ-ın Tayvana qarşı siyasəti müzakirə etdiyini yazıb.

Leyla Kamil
Leqal.info