Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin İranın hücumuna cavabının yeni eskalasiyaya səbəb olmayacaq şəkildə verilməsinin vacib olduğunu bildirib.

Leqal.info İsrail mətbuatına istinadən xəbər verir ki, Britaniya XİN başçısı bu barədə jurnalistlərə deyib.

“İsraillilərin İranın hücumundan sonra hərəkətə keçməklə bağlı qərar verdiyi aydındır. Ümid edirik ki, onlar bunu mümkün qədər eskalasiyaya səbəb olmayacaq şəkildə edərlər”, - o vurğulayıb.

O, həmçinin qeyd edib ki, Britaniya İrana qarşı razılaşdırılmış sanksiyaları dəstəkləyir. "İrana G7 tərəfindən aydın birmənalı mesaj verilməlidir" , - Kemeron bildirib.

Leyla Kamil
Leqal.info