İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi istiqamətində atılan ilk addımı müsbət qiymətləndirib.

Leqal.info xəbər verir ki, İsveçin XİN başçısı bu barədə "X" hesabında yazıb.

"Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət inkişafdan biz regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində əhəmiyyətli irəliləyişlərin gələcəyini görə bilərik. İsveç bu məqsədə tam sadiqdir", - XİN başçısı vurğulayıb.

Leyla Kamil
Leqal.info