Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.

Leqal.info xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında yazıb.

O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib.

Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.

Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də qeyd edib.

Leqal.info