Qəzzada atəşkəsin yaradılması, girov və məhbusların qarşılıqlı azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfindən qəbul edilməsini alqışladıq.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, Qəzzada dağıntı və qırğınların sona çatması istiqamətində bu qədər müsbət irəliləyiş olsa da, İsrailin Rəfaha hücumlarını artırması Netanyahu hökumətinin vicdanlı davranmadığını bir daha göstərbi:

“Rəfaha qarşı əməliyyat təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrailin işğal etdiyi Rəfah sərhəd keçidinin Qəzza hissəsindən dərhal geri çəkilməsi vacibdir. Rəfahda və sərhəd keçidində status-kvo tez bir zamanda bərpa olunmalıdır”.

Leqal.info