Leqal.info xəbər verir ki, bu barədə Baş nazirin Ofisinin Netanyahunun adından yayımladığı bəyanatda qeyd olunub.
"İsrailin müharibəni bitirmək üçün şərtləri dəyişməyib: HAMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək", - Netanyahu bildirib.
"İsrail daimi atəşkəs əldə edilməzdən əvvəl bu şərtlərin yerinə yetirilməsində israr etməyə davam edəcək. Bu şərtlər yerinə yetirilməmiş İsrailin daimi atəşkəslə razılaşacağı mümkün deyil", İsrail hökumət rəhbəri vurğulayıb.
Leqal.info