Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisinin sözlərinə əsasən, NATO qarşıdurma alyansı kimi mahiyyətini yenidən “çox qabarıq şəkildə” təsdiqləyib.
NATO-nun Ukraynanı qəbul etmək planları Rusiyanı məğlub etmək istəyi ilə bağlıdır. Rusiya Federasiyası NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə doğru hərəkətinin davam etdiyini görür. NATO-nun hərəkətləri Rusiya Federasiyası tərəfindən alyansa qarşı təsirli tədbirlər tələb edəcək", - deyə Peskov vurğulayıb.
Rusiya dövlət başçısının sözçüsü nüvə doktrinasına düzəlişlərlə bağlı müzakirələrin davam etdiyini, ancaq bunun Qərbi yeganə çəkindirmə üsulu olmadığını deyib.
Leqal.info