NATO Rusiya ilə mümkün münaqişəyə hazırdır.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib.

Həmçinin Bauer "Ukraynada NATO qoşunlarının olmadığını və onları burada yerləşdirmək planının olmadığını" iddia edib: “Lakin ayrı-ayrı ölkələr öz qoşunlarını burada yerləşdirmək qərarına gəlsələr, bunun Alyansın qalan hissəsi ilə bağlı olacağını başa düşməlidirlər”.

Bundan başqa, Bauer qeyd edib ki, Ukraynanın NATO-ya üzv olmasının şərtlərindən biri onun ərazisində hərbi əməliyyatların olmamasıdır.

Bir gün əvvəl Kiyev Təhlükəsizlik Forumunda çıxış edən Bauer bildirib ki, alyans bütün çətinliklərə rəğmən Ukraynada səfərbərliyi davam etdirməkdə israrlıdır.

Leyla Kamil
Leqal.info