Leqal.info xəbər verir ki, bu barədə “New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına əsasən, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Bundan əvvəl CNN-in jurnalisti Ebbi Filip də atəş açan şəxsin 20 yaşlı Pensilvaniya sakini olduğunu bildirmişdi. Ancaq o, həmin şəxsin adını açıqlamamışdı.
Leqal.info