İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada girovlarla bağlı razılaşmanın olmamasında HAMAS-ı günahlandırıb.

Leqal.info xəbər verir ki, Netanyahu altı girovun ölümündən kədərləndiyini bildirib.

O deyib ki, qətllər HAMAS-ın atəşkəs razılaşmasını istəmədiyini sübut edir:

"İsrail razılığa gəlmək üçün vasitəçilərlə intensiv danışıqlar aparır, HAMAS hər hansı təklifi qəti şəkildə rədd etməkdə davam edir”.

Leqal.info