Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ölkəsinin mühacirlərə ehtiyacı olduğunu vurğulayıb.

Leqal.info xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Olaf Şolts Almaniya parlamentində hökumətinin miqrasiya siyasətini müdafiə edərək ölkənin bacarıqlı əcnəbiləri cəlb etməsinin vacibliyini qeyd edib.

O, həmçinin ölkəyə mühacirət edənlərə nəzarət etdiklərini də bildirib.

“Biz siyasi təqiblərə məruz qalan, canlarını xilas etməli olanlara müdafiə təklif edən bir ölkəyik və bu, konstitusiyamızda var”, - Almaniya Kansleri bildirib.

Leqal.info