Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücumu olduğu təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib.

Leqal.info xəbər verir ki, bu barədə Vladimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bildirib.

Ukrayna Prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib.

Vladimir Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.

Leqal.info