Leqal.info xəbər verir ki, bu barədə “Reuters“ Almaniyanın xarici işlər naziri Annalena Berboka istinadən məlumat yayıb.
“Ukrayna ədalətli sülhə hazırdır”, - Berbok qeyd edib.
XİN başçısı vurğulayıb ki, məhz Putin sülh yolu ilə nizamlanmanın həlli yollarını axtarmaqdan imtina edir:
“O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil”.
Leqal.info