Leqal.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats “X” səhifəsində yazıb.
“BMT-nin Baş katibi Antoniu Quterreş 7 oktyabr hadisələrindən sonra HAMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi kimi, HAMAS lideri Yəhya Sinvarın öldürülməsini də müsbət qarşılamadı. Quterreş son dərəcə antiisrail və antisemit siyasət yürüdür. Biz onu “persona non-grata” elan etməyə və İsrailə girişinə qadağa qoymağa davam edəcəyik”, - İsrael Kats vurğulayıb.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi bir müddət əvvəl BMT-nin Baş katibini “arzuolunmaz şəxs” elan edib və onun ölkəyə girişinə qadağa qoyub.
Leqal.info