Macarıstanın milli maraqlarını müdafiə etdiyinə görə Aİ-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı təhdidlər qurum daxilində demokratiya prinsiplərinə şübhələr yaradır.

Leqal.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto mətbuat konfransında bildirib.

“Bir ölkənin milli maraqları təmsil etdiyi üçün səsvermə hüququnu itirmək riski ilə üzləşməsi o deməkdir ki, Brüsselin demokratiya və qanunun aliliyi interpretasiyası kifayət qədər şübhəli hekayədir”, - nazir vurğulayıb.

Leqal.info