Biləsuvarda intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə əsasən o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: "Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi".

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info