Leqal.info "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bəyan edib.
“Bizim hava hücumundan müdafiəmizi gücləndirməyə ehtiyacımız var – bu, obyektiv reallıqdır. Tərəfdaşlarla əldə olunmuş, ancaq hələ də həyata keçirilməmiş bütün razılaşmalar aktiv fazaya keçməlidir. Hazırda tərəfdaş ölkələrdə sadəcə anbarlarda saxlanılan "Patriot" sistemləri real şəkildə insan həyatını qorumalıdır”, – deyə Ukrayna lideri vurğulayıb.
Leqal.info