Ukrayna Prezidenti Vladimir Zelenski Litvaya səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "X" hesabında yazıb.

Prezident Zelenski bildirib ki, o, Litvaya Üç Dəniz Sammitində iştirak etmək və tərəfdaş ölkələrin liderləri ilə danışıqlar aparmaq üçün gedib.

"Əhəmiyyətli görüşlər planlaşdırılır və yeni ikitərəfli təhlükəsizlik sazişi imzalanmalıdır. Hazırda əsas vəzifə hava hücumundan müdafiə sistemimizi gücləndirmək, Ukrayna Müdafiə Qüvvələrinin təcili ehtiyaclarını ödəmək və Rusiya terroruna qalib gələ bilmək üçün beynəlxalq dəstəyi birləşdirmək səyləri göstərməkdir.

Rusiya şəri yalnlz Ukrayna üçün deyil, Rusiya ilə həmsərhəd olan hər bir xalq və beynəlxalq hüquqa dəyər verən hər kəs üçün təhlükədir", - Zelenski vurğulayıb.

Leyla Kamil
Leqal.info