Fransa Prezidenti Emmanuel Makron Kral III Çarlzın dəvəti üzrə həyat yoldaşı ilə birlikdə Böyük Britaniyaya üç günlük dövlət səfərinə gedib.

Leqal.info xəbər verir ki, bu barədə Makron “X” hesabında bildirib.

Bu, “Brexit”dən sonra Aİ üzvü olan dövlətin başçısının, həmçinin 2008-ci ildə Nikola Sarkozidən sonra Fransa Prezidentinin Britaniyaya ilk səfərdir.

Səfər zamanı Vindzor qəsrində kral III Çarlz Makronu qəbul edəcək, Baş nazir Kir Starmer Fransa lideri ilə immiqrasiya məsələlərinə həsr olunmuş görüş keçirəcək.

Leqal.info