Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə nail olmağın yeganə yoludur.

Leqal.info xəbər verir ki, bu barədə Makron Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib.

“Biz Fələstin dövlətini tanımaq üçün birgə çalışırıq. Bu siyasi qərarın qəbulu sülhə aparan yeganə yoldur”, – Fransa lideri vurğulayıb.

Onun sözlərinə əsasən, Qəzza zolağında atəşkəsin əldə olunması vacibdir.

“Strateji məqsədi olmayan sonsuz müharibə həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır”, – Makron əlavə edib.

Leqal.info