Fransa Prezidenti Emmanuel Makron Fələstinə gedib.

Leqal.info xəbər verir ki bu barədə Fransa Prezidentinin "X" hesabında məlumat verilib.

Makronun Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşü baş tutub.

"Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi. HAMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm. Bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir", - deyə Makron vurğulayıb.

Qeyd edək ki, bu gün Fransa lideri İsraildə də səfərdə olub. Makron İsrail Prezidenti, Baş naziri və müxalifət liderlərilə ayrılıqda görüşlər keçirib.

Leyla Kamil
Leqal.info