Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.

Onun sözlərinə əsasən, dronların 200-ü “Şahed” tipli dronlar olub:

“Hücumların əsas hədəfi Kiyev olub. Bundan əlavə, Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb”, - Ukrayna Prezidenti qeyd edib.

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.

O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: “Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir”.

Leqal.info