Leqal.info xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib.
"Qəzzada öldürülən fələstinlilərin sayı 65 min nəfərdir və onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, 680 min rəqəmi üzərində düşünməliyik. Çünki bu, bəzi alim və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir", - o deyib.
Albaneze qeyd edib ki, xüsusən də müstəntiqlərə və başqalarına Fələstin ərazisinə giriş qadağan edilsə bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq.
O eyni zamanda bildirib ki, əgər bu rəqəm təsdiqlənərsə, onların 380 mini 5 yaşadək uşaqlar olacaq.
Leqal.info