Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Göyçay rayonunun Çərəkə kəndində yanğın baş verib.

Leqal.info xəbər verir ki, ümumi sahəsi 145 kvadrat metr olan birmərtəbəli evin içindəki əşyalar və evin yanar konstruksiyaları yanıb. Yaxın ərazidəki tikililərin yanğından mühafizə olunduğu və yanğın yanğınsöndürən əməkdaşlar tərəfindən söndürüldüyü bildirilib.
Leyla Kamil
Leqal.info