Baş nazir Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.

Leqal.info xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, xeyli sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin digər aktual mövzular ətrafında müzakirələr aparılıb.


Elvin Mahmudlu
Leqal.info