Ukrayna hökuməti ölkədə koronavirusla bağlı vəziyyət pisləşdiyindən xarici vətəndaşlar üçün sərhədləri vaxtından əvvəl bağlamaq qərarına gəlib.

Leqal.info xəbər verir ki, sərhədlərin bağlanması avqustun 29-na planlaşdırılsa da, bu tarix 28 avqusta keçirilib.

Baş Nazir Denis Şmıqalın Teleqramda verdiyi məlumata əsasən, bu qərar Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul olunub. Sərhədlər sentyabrın 28-dək bağlı qalacaq.