Şamaxıda kişi restoranda özünü asıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Mədrəsə kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti hazırda işlək olmayan "Çınarlı" restoranında asılmış vəziyyətdə tapılıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info