Leqal.info-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb.
"İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik", - vurğulanıb.