İki hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Leqal.info-ya Qubadlı Hərbi Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları - Vüqar Süleymanovun avqustun 20-si, Heydər Gülmalıyevin isə avqustun 21-i işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı araşdırma aparılır.