Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.


Bu barədə Leqal.info TASS-a istinadən xəbər verir.

"Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açığını demək lazımdır ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi", - Rusiya dövlətinin başçısı qeyd edib.

Rusiya Prezidenti üçtərəfli görüşün iki saatdan çox davam etdiyini bildirib. "Əvvəlcə Ermənistanın nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə üz-üzə. Sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə danışdıq. Sonra iki, hətta, yəqin ki, bir az da çox üçtərəfli danışdıq”, - Rusiya lideri bildirib.

"Ümumi fikrimizcə, bu, çox faydalı görüş oldu", - Putin vurğulayıb.

Putin bildirib ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.