Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, son sutka ərzində 103 nəfər pandemiyanın qurbanı olub.
Ümumilikdə gün ərzində 139 min 378 COVID-19 testi aparılıb. Bunlardan 8 min 103-ü müsbət çıxıb.
Ağır xəstə sayı 1310-a çatıb. 8 min 567 nəfər ölümcül virusdan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 449 min 273-ə yüksəlib.