Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Leqal.info ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 48 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 232 min 257 COVID-19 testi aparılıb ki, bunun da 7 min 304-ü müsbət çıxıb. Eyni zamanda, 5 min 103 xəstə sağalıb.