Türkiyədə koronavirusla bağlı bu günə olan son vəziyyət açıqlanıb.

Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, gün ərzində 97 nəfər ölümcül virusun qurbanı olub.

Ümumilikdə, sutkada 129 min 639 koronavirus testi aparılıb, onlardan 7 min 763-ü müsbət çıxıb.

8 min 108 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 461 min 204-ə yüksəlib.

Ümumi test sayı 31 milyon 289 min 306, yoluxma sayı 2 milyon 572 min 190, virusdan ölüm sayı 27 min 284, ağır xəstə sayı 1250 təşkil edir.