Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Leqal.info ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 50 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 226 min 513 COVID-19 testi aparılıb ki, bunun da 7 min 667-si müsbət çıxıb. Eyni zamanda, 4 min 152 xəstə sağalıb.